KepezTV Player
Samuxda dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni ilin gəlişi bayram edilib. Rayon icra hakimiyyəti ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə balacalar həm əylənib, həm də bacarıqlarını nümayiş etdirib. Şəhid ailələrinin övladlarının da iştirak etdiyi şənlikdə səhnəciklər nümayiş etdirilib, milli musiqi nömrələri və rəqslər şuh əhval ruhiyyə yaradıb. Uşaqlar tərəfindən maraqla qarşılanan çıxışlarda həmrəyliyin əhəmiyyətindən, dünyanın 4 bir tərəfində yaşayan azərbaycanlıların vətənə bağlılığından söz açılıb. Yurdumuza qədəm qoyacaq 2023-cü ilin ölkəmiz üçün düşərli olması arzu edilib. Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri də təqdim edilib.
- Baxış: 477