• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 20.12.2022 11:59

Kişilərin özünə baxımı

KepezTV Player

“Baxımlı olmaq” bu sözü deyəndə bir çox insanın təsəvvüründə qadınlar canlanır. Əslində isə qadınlar qədər kişilər də baxımlı olmalıdırlar.  ( ümumi görüntü)

“Kişi özünə bir az baxsa bəs edir” ifadəsi artıq keçmişdə qalıb. 

"Baxımlılıq" dedikdə, bahalı ətirdən istifadə etmək, son moda ilə uyğunlaşaraq geyinmək, yaxud əzələlərini göstərmək nəzərdə tutulmur. ( ətir və geyim görüntüləri)

Baxımlı olmaq, ən uyğun dillə desək, insanın təmizliyidir.  Biz bunu öncə özümüz üçün etməliyik.  Həm sağlamlıq, həm də etik cəhətdən bu, olduqca önəmlidir. 

Gözəl geyinmiş, təmiz, gümrah görünən biri, çox insanın diqqətini öz üzərinə çəkər, insanlarda pozitiv bir enerji yaradır. Çünki baxımlı olmaq, insanın həyata qarşı hiss etdiyi motivasiyanın və yaşam enerjisinin təbii nəticəsidir. Və hamımız bilirik ki, özünü sevən insan öz bədəninə qarşı laqeyd qala bilməz. 

 

Özünə  diqqət etmək üçün:


İdman etmək

 Saçlarına və dərinə vaxt ayırmaq

Duş alaraq həm təmizliyi,  həm də yorğunluğu atmaq 

Dırnaqlara  manikür etmək

 Yumuşaldıcı və nəmləndirici kremlər,  təbii maskalardan istifadə etmək

Sağlıqlı yeməklər yemək

Geyiminə diqqətli yanaşmaq lazımdır. Bahalı və marka geyinmək məcburiyyət deyil, təmiz və səliqəli olmaq yetərlidir. (hər cümləyə uyğun görüntülər)

 

Baxımlı  olmağın  kişisi  qadını  yoxdur.  İnsan olaraq öncə özümüz, sonra  isə  ətrafımız  üçün  buna  diqqət  edək. Unutmayaq,  özümüzü  sevməsək, başqaları heç  sevməz.