Futbol üzrə Azərbaycan kubokunun ¼ finalında Turan Tovuzla üz-üzə gələcək “Kəpəz” hazırlıqlarını davam etdirir. Sarı-göylər cavab qarşılaşmasına yaxşı nəticə ilə yollanmaq istəyirlər.
Sumqayıtla oyundan 1 gün sonra qısa istirahətin ardından komanda kubokun hazırlıqlarına başlayıb. Tovuzlularla görüş öncəsi ikinci məşqdə kollektiv əsasən toplu çalışmalar və taktika gedişlər üzərində işləyib. Hər zaman prinsipiallığı və gərginliyi ilə seçilən oyun qərb derbisi kimi xarakterizə edilir.
Cari mövsüm çempionatda Turan Tovuzla iki dəfə qarşılan dağlılar bu oyunlardan birində uduzub, digərində heç-heçə edib. Kubok görüşündə isə gəncəlilər qələbəyə köklənib.
Kəpəz Turan Tovuzu ölkə kubokunun ¼ final mərhələsinin ilk qarşılaşmasında evdə qəbul edəcək. Dekabrın 9-da keçiriləcək oyunun start fiti saat 14-də çalınacaq.
- Baxış: 512