Azərbaycan Basketbol Liqasında 2-ci dövrəyə start verilib. 8-ci tur çərçivəsində Gəncənin eyniadlı komandası Şəki səfərində meydana çıxıb. "Sarı-göylər" "Olimpik"in qonağı olublar. Oyun gəncəlilərin inamlı qələbəsi ilə yekunlaşıb - 80:105. Görüşü yüksək səviyyədə keçirən Kolin Terner matçın qəhrəmanı olub. "Gəncə"nin amerikalı basketbolçusu 25 xal və 11 ribaund ilə dabl-dabl edib.
- Baxış: 416