• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 18.11.2022 15:58

Yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunublar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar. Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək, görməni məhdudlaşdıran vasitələrdən istifadə edərək  digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Bundan başqa monitorinq zamanı dəfələrlə barəsində tədbir görülməsinə baxmayaraq özünəməxsus avtomobilin dövlət qeydiyyat nişanını müxtəlif vasitələrlə gizlədən sürücü bu dəfə də məsuliyyətə cəlb olunub. Polis əməkdaşları tərəfindən sürücülərlə profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.