Şəmkirdə baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb. Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğlunun meyiti kirayə qaldığı evdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, meyiti tapılan şəxs Çinarlı kənd sakinidir və o, bir müddətdir Seyfəli kəndində kirayə qalırmış. Hadisənin necə və kim tərəfindən törədildiyi araşdırılır.
- Baxış: 408