• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 21.10.2022 11:53

Valideyn nəzarəti

KepezTV Player

Valideynləri uşaqların dünyasındakı sığınacaqdır. Uşaqlar onların varlığına sığınıb, bütün qorxularından gizlənə bilir. Valideyni yanında olan balaca həmişə daha cəsurdur. Çünki bilir ki, dünyası qorunur, burada ona heç bir şey olmaz.

Bu güvən duyğusu ilə böyüyən uşaqlar isə cəmiyyətin bir üzvü kimi həyatda amalını doğru tapa bilir. Onlar gələcəyin xoşbəxt gənci, valideyni, peşə sahibi kimi yetişir. Deməli, valideynin varlığı övladının həyatında həlledici və əvəzedilməz gücdür.  Ona görə də, ata-ananın sevgisi və dəstəyi uşaqlarının dünyasında qoruyucu sədd olmalıdır. Valideyn nəzarətinin uşağın fərdi inkişafında rolu müstəsnadır.

Mütəxəssislər valideyn övlad münasibətində valideyn nəzarətini iki kateqoriyaya ayırır: Uşağın davranışlarına nəzarət və emosiyalarına nəzarət.

Ümumilikdə, valideyn nəzarəti normal ölçüdə olduqda uşağın inkişafına müsbət təsir edir. Ancaq nəzarətsizlik və ya həddindən artıq nəzarət isə onun  sağlam psixologiyada böyüməsində əsas maneəyə çevrilə bilir. Övladınnn emosiyalarını anlayıb, buna uyğun şəkildə davranmaq valideyn olmağın əsas tələblərindən biridir.

Stand-up:

Həyatın bütün hissələrində olduğu kimi valideyn nəzarətində də münasibətlərin düzgün balansda saxlanılması çox vacibdir. Övladınız sizin anlayışınıza sığınmaq üçün gözlərinizin içinə baxır. Sevginizi o gözlərdən əskik etməyin!

 Aysel Abbasova