KepezTV Player
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubunun apelyasiya şikayətini təmin etməyib. Assosiasiyadan məlumat verilib ki, İntizam Komitəsinin 23 sentyabrda “Kəpəz” barəsində qəbul etdiyi 4000 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb. “Kəpəz” azarkeşlərinə görə ziyana düşüb. Belə ki, fanatlar Qəbələdə “Şamaxı” ilə görüşdə hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi cərimələnib.
- Baxış: 490