Heç bir cütlük boşanma düşüncəsiylə evlənməsə belə,boşanma da evlilik kimi təbii haldır. Bəzən illər, bəzən də evlilikdən qısa müddət sonra əmələ gələn dəyişmələr cütlüklər tərəfindən qəbul edilməyə bilər.
Həm iş həyatının stressi, həm də uşaqların ehtiyacları səbəbləriylə cütlüklər bir-birinə vaxt ayırmaz hala gəlirlər və bu vəziyyət bir müddət sonra onların bir-birlərinə yadlaşmasına səbəb olur. Boşanmanı artıran səbəblərdən biri də tərəflərin arasında yaşanan hörmət və etibarın itirilməsidir. Qarşı tərəfin etibarını itirmək və bir daha qazanmağı bacarmamaq evliliyi bitirən ən vacib səbəbdir.
Son zamanlarda evlənənlər arasında boşananların sayı getdikcə artmaqdadır. İşlər necə bu həddə çatır, ən çox rast gəlinən boşanma səbəbləri hansılardır?Bu sualımızı elə şəhər sakinlərinədə ünvanladıq.
- Baxış: 344