Orta yaşlı insanların xüsusən 35 yaşdan yuxarı şəxslərin iş tapmaqla bağlı yaşadığı çətinliklər,vaxtaşırı gündəmə gəlir.İstehlakçı bazarında baş vermiş dəyişikliklər və müasir texnologiyaların iş prosesində əsas rol oynaması bəzi ali təhsilli orta nəsil nümayəndələrinin iş tapmasına əngəl olur.Mütəxəssislər də bu məsələlərlə əlaqədar açıqlamalar veriblər.İlk gözə çarpan isə odur ki, orta yaşlı vətəndaşların məşğulluğunun təmin edilməməsinin kökündə,işə götürənlərin həmin şəxslərə şans verməyə meyilli olmaması və daha gənc işçilərlə işləməyə üstünlük verməsi dayanır.İstənilən halda 35 yaşdan yuxarı olan insanların işlə təmin olunmasında yaşanan problemlər ciddi narahatlıq doğurur.Şirkətlərin və işə götürənlərin öz maraqları var.Onlar nisbətən az maaş verməklə daha gənc və çevik personalla işləməyə üstünlük verirlər və orta yaşlı insanlarla çalışmağın riskli olduğunu idda edirlər.Çünki şirkətlər sahiblərinə görə, orta yaşlı insanların fiziki və mənəvi enerjisi, motivasiyası az olur, yeni texniki avadanlıqlardan istifadə yollarını tam bilmirlər.
Müsahibimizdə məhz yaş amillərinə görə iş tapmaqda çətinlik çəkən vətəndaşımızdan biridi..... Gəlin problemə bir də onun tərəfindən nəzər salaq
Ləman Sultanlı
- Baxış: 288