• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 07.10.2022 11:04

Ana və atanın işləməsi uşağın gələcəyinə necə təsir edir?

KepezTV Player

Cəmiyyətin ən əsas təməli və bünövrəsi ailədir. İnsanlar sevib- sevilmək, bir evin içində bütün qayğılarını bölüşmək üçün evlənir. Əgər evlilikdə bunun əksi baş verirsə, deməli, nəsə yanlışdır

Ailə üzvlərinin bir-birilərinə qarşı yerinə yetirməli olduqları bəzi vəzifələri var. Valideynlərin uşaqlarına qarşı əsas vəzifələri onların ehtiyaclarını təmin etmək, tərbiyə vermək,oxutmaq, peşə sahibi etmək və ən əsası öz yaxşı nümunələri ilə onlara hər şeyi aşılamaqdır. 

Bəzən bu vəzifə tək bir valideynin öhdəsində olur. Ailənin bütün məsuliyyətini öz üzərinə götürür. İş, uşaq baxımı, gündəlik hesablar və ev təsərrüfatının digər elementləri hamısı tək bir nəfərin çiyinlərinə düşür. Bəs bu bir valideyn üçün çətin deyilmi?!

Ailədə kimin üzərinə hansı vəzifənin düşməsindən asılı olmayaraq, ailə daxilində baş verən bütün problemlərdə valideynlər bir-birilərinə dəstək olmalı, problem baş verdikdə belə bunun nəticəsini deyil, səbəbini araşdırmaqda və həllini tapmaqda birləşməlidirlər. Əgər belə olsa, o ailədə hüzur olar və evliliyin əsas məqsədi də hasil olmuş sayılar...