KepezTV Player
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictmai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub. Kənd məktəbində gürcü dili fənnini tədris edən müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb. Marneuli Resurs Mərkəzindən faktın doğruluğu təsdiqlənib, müəllim işdən kənarlaşdırılıb.
- Baxış: 1121