Park insanların istirahət yeridir. Şübhəsiz, bu istirahət yerləri gözoxşayan, səliqə-səhmanlı, təmiz olmalıdır ki, əhali asudə vaxtını, istirahətini zövq alaraq keçirsin. Bu baxımdan Gəncədə də kifayət qədər park və istirahət guşələri var. Bunlardan biri olan “Gəncəçay” park-bulvarında isə vəziyyət bir qədər fərqlidir, hətta təhlükəlidir. Niyəsindən əməkdaşımız Elnur Vahidoğlunun sujetindən məlumatlı olacağıq.
Yaz fəslində Gəncəyə yağan güclü yağış bir sıra fəsadlara yol açdı. Belə ki, Gəncə çayının daşması nəticəsində park bulvar kompleksinin bir hissəsi tamami ilə uçdu. Uzun müddət keçməsinə baxmayaraq həmin ərazi hələ də həm bərbad, həm də təhlükəli vəziyyətdədir.
Yolu bulvara düşənlər, eləcə də mətəmadi olaraq çayqırağı ərazidə istirahət edənlər ərazidəki çökməni böyük ehtimalla görürlər. Gəncəçaydan keçən sel sularının istinad divarını yuması nəticəsində yaranan yarğan bulvarın müəyyən hissəsində hərəkətin məhdudlaşdırılmasına səbəb olub. Uzunluğu 50 metrə yaxın olan, hardasa 10 metrdən artıq dəriklikdəki yarğanın yaratdığı təhlükənin ötən müddət ərzində aradan qaldırılmaması isə təəccüb doğurur.
Musa Tağıyev sakin: Mən həmişə nəvələrimi gətirib burada gəzirəm. Bir bura deyil aşağılarda da var dağıdılmış yerlər. Əlbəttə əlaqədar təşkilatlar buraları düzələtsələr daha yaxşı olar. Uşaqlar yıxılmaz, üstləri batmaz.
Raya Quliyeva sakin: Camaat gedib gəlir elə şey olar qalsın. Düzəlməlidir.
Təhlükə saçan tək çökən ərazi deyil. Bulvarda harada gəldi fəaliyyət göstərən, bununla istirahətə gələnlərin rahatlığına pozan ictimai iaişə obyetkləri üçün çəkilən elektrik naqillərinin üzərinin açıq olması, skamyaların bəzilərinin istifadə üçün tam yararsızlığı, gecə işıqlandırıcılarının sınıq və işlək vəziyyətdə olmaması, velosipedlə hərəkət üçün nəzərdə tutulan zolağın kələ-kötürlüyü reallığı əks etdirən mənzərədir.
Çingiz Allahverdiyev sakin: Tokun üstü açıqdı. Uşaq gedib-gələndə əlini ora vura bilər. Sakinlər üçün təhlükəlidir. İstiyərdik ki, düzəlsin.
Vaqif Ağayev sakin: Mən də çox istiyərdim ki, orada şərait yaradılsın, səliqə səhman bərpa olunsun. Əhalimiz rahat gedib gəliş eləsinlrə. Çox gözəl olar.
Qüdrət Məcidov sakin: Ailə uşaq gəlir, axşamlar istirahət eləmək istəyir. Hazırda gördüyünüz kimi dağılıbdır, sökülübdür. Bir sakin kimi istəyərdik ki, hər şey gözəl olsun, yaxşı olsun. Biz də sevinək ki, hər şey qaydasındadır, təmirlidir, yolundadır.
Əli Məmmədov sakin: Pisdir də belə olmaz axı buradan camaat keçir. Səliqəli olmalıdır, şəhərin içidir. Xaricdən də adamlar gəlir, fikir bildirirlər ki, Azərbaycanən belə yerləri var. Burada xəndək kimidir, kimsə buradan yıxıla da bilər, zədələnər. Şəhərimiz səliqəli olsun, bəyənilən olsun.
Aydın məsələdir ki, yaranan hal 1-2 günün yaşananları deyil. Baxımsızlıq və laqeyid münasibətin nəticəsində üst-üstə toplanan vəziyyətdir. Hansı ki, vaxtında aradan qaldırısaydı mənzərə tam başqa olardı. Maraqlıdır, vəziyyətindən xəbərdar olan adiyyatlılara hər gün gördükləri xoşagəlməz mənzərə necə təsir edir?
Nağı Musayev “Gəncəçay” park-bulvar kompleksinin briqadiri: Çay tərəfdə betonlama işləri gedəcəkdir. Beton yatıbdır, sel suları təmiz çökdürübdür. Velosoped yolunun da uçan dağılan yerlərini kəsiblər. Şarların yerə düşüb qırılmayanlarını götürürük. Bir yerdə saxlayırıq. Gəlib hamısı bərpa olacaq, hamısı öz yerinə düzələcəkdir.
Təbii ki, düzəlməlidir də. Axı Gəncənin mərkəzində yerləşən məkan, özü də istirahət yeri ni belə vəziyyətdə olmalıdır axı. Bu sualı görünür özlərinə verən və ya eşidənlər yoxdur. Əks halda vaxta, zamana ümid edib "bulvar düzələcək" deyənlər olmazdı. Ümidsə sonda ölür, əlimizdəkini qoruyub saxlaya bilmək ümidi ilə...
Elnur Vahidoğlu
- Baxış: 336