Azərbaycan millisi ötən gün növbəti oyununu keçirib.Yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşmanın ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Azərbaycan millisi ara-sıra təhlükəli hücumlar yaratmaq istəsə də, rəqibin müdafiə xəttini yara bilməyib.35-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Nuralı Alip Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 38-ci dəqiqədə rəqib qapıçı İqor Şatski topun qapıdan keçməsinin qarşısını alıb. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.Milli ikinci yarıya daha sürətli başlayıb. Buna baxmayaraq, yığma bir saatın tamamına kimi çərçivəyə düşməkdə çətinlik çəkib. 65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da, Şatski qonaqları qoldan xilas edib. Milli komanda bundan bir dəqiqə sonra istəyinə çatıb. 66-cı dəqiqədə Aleksandr Maroçkin avtoqol müəllifi olub. 72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi bundan 2 dəqiqə sonra qonaqları məyus etməyi bacarıb. Ozobiç yığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb. 83-cü dəqiqədə Mahir Emrelinin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb.Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb. Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib,xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub.
Azərbaycan yığmasının baş məşqçisi mətbuat konfransında bildirib ki, əvvəlki oyunklarından daha səhv ediblər.Komandamın ikinci hissədəki çıxışından razı qaldım. Qrupdakı matçların hamısında yaxşı oynadıq. Qazaxıstana ilk görüşdə məğlub olduğumuz zaman da qələbəyə biz layiq idik. Pozitiv yoldayıq, komanda inkişaf edir - deyə məşqçi bildirib.Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev isə məğlubiyyətin ağır olduğunu, ancaq təcrübə yaşadıqlarını deyib.Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Bizim yolumuz hələ irəlidədir.Məşqçilik təcrübəmə baxmayaraq, oyunu dəyişməyə cəhd eləsəm də, oyun əldən getmişdi deyən Adıyev bildirib ki, Belarusa qarşı keçirilən matçla müqayisədə nisbətən zəif çıxış ediblər.
- Baxış: 494