KepezTV Player
Gəncədə əməkdar məşqçi Firudin Həsənovun xatirəsinə həsr olunan yunan-Roma güləşçi üzrə xatirə turniri keçirilib. İdman Liseyində keçirilən yarışın açılış mərasimində Firuddin Həsənov haqqında danışanlar onun Azərbaycan güləşinə istedadlı idmançılar qazandırdığını və hər il ənənəvi olaraq bu turnirin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər. Rəsmi hissənin ardından mübarizələr başlayıb. 14-cü dəfə təşkil edilən yarışda 18 şəhər və rayondan olan komandaların tərkibində yer alan 200-dən artıq pəhləvan iştirak edib. Turnirdə 12-14 yaşlı yeniyetmələr qüvvələrini sınayıblar.
- Baxış: 497