KepezTV Player
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib. Hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb. Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub. Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Araşdırma aparılır.
- Baxış: 662