Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Bayramovu saxlayıb. Şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinin olması müəyyən edilib. Əraziyə baxış zamanı oradan 17 ədəd ümumi çəkisi 5 kq-dan çox olan çətənə kolları aşkarlanaraq götürülüb.
Şöbənin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sənani Cəfərovun da yaşadığı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilən Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Aşkarlanan çətənə kolları ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 622