Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının eyni gündə keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində 8 müxtəlif ünvanda narkotik vasitə yetişdirən və saxlayan şəxslər saxlanılıblar. Növbəti materialda bu barədə daha ətraflı məlumatla tanış olacasınız.
Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik-vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Fərhad Hüseynov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evindən müxtəlif çəkidə və hündürlükdə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Bölmə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə Mahir Sadıqovun yaşadığı evdə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi çətənə aşkarlanıb. Narkoik maddə əldə edib saxlamaqda şübhəli bilinən Həsən Tağıyev saxlanılan zaman üzərindən “metamfetamin” götürülüb. Aşkarlanan digər bir faktda isə narkotik vasitə yetişdirməkdə şübhəli bilindiyinə görə saxlanılan Təranə Hacıyevanın evindən dibçəklərdə əkilmiş və qulluq olunmuş çətənə kolları götürülüb.
Şöbənin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakinləri Fərman Qurbanov və Heydər Əsgərovun evlərindən müxtəlif ölçüdə və hündürlükdə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi Kannabis bitkiləri aşkarlanıb. Daha bir əməliyyat nəticəsində Rəşadət İbrahimovun evindən yetişdirdiyi narkotik vasitə kolları aşkarlanaraq müvafiq ekspertizaya təqdim edilib.
Kür Polis Bölməsinin əməkdaşları isə Şakir Yusifzadəni saxlayıblar. Onun üzərində “marixuana” aşkarlayıblar.
8 fakt üzrə 70-dən çox çətənə kolu və digər narkotik vasitələr ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 657