KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Həmçinin III ixtisas qrupu üzrə abituriyentlər coğrafiya fənnindən imtahan veriblər. 13 şəhər və rayonda təşkil edilən proses Gəncədə 5 binada reallaşıb. İmtahanların keçirilməsi üçün 15 imtahan rəhbəri, 127 nəzarətçi-müəllim cəlb edilib. İmtahanda 1216 şagird iştirak edib. Üzərində mobil telefon aşkarlanan 1 nəfər, ümumi olaraq isə 3 şagird imtahandan xaric olunub.
- Baxış: 535