KepezTV Player
Şəmkir rayonunda soyğunçuluq faktı qeydə alınıb. Hadisə rayonun Dəllər qəsəbəsində baş verib. Rayon sakini, İ.Rzayev qəsəbə sakini, Ə.İsmayılova qarşı zor tətbiq edərək bank kartını, şəxsiyyət vəsiqəsini və 190 manat pulunu alaraq hadisə yerindən qaçıb. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. İ.Rzayev keçmiş məhkum olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 760