KepezTV Player
Gəncədə mağazadan oğurluğun üstü açılıb. Ötən gün gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın arxa pəncərəsinin sındırıldığı və içəriyə daxil olunduğu müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən saxlanılıb və ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. İstinaq zamanı mağazaya daxil olan şəxsin Gəncə şəhər sakini İlham Zeynalabdıyev olduğu müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 549