Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			17.03.2022 20:32		
		Aşıq Şəmşirin adına V saz-söz müsabiqəsi keçirilib
KepezTV Player
					  
					  					  				Gəncədə aşıq Şəmşirin adına saz – söz müsabiqəsi keçirilib. Artıq 5-cisi keçirilən müsabiqə Dədə Şəmşir yurdunun- Kəlbəcər torpagının azadlığa qovuşması amalında bu il Zəfər ovqatı ilə baş tutub. Azərbaycanın müxtəlif yerlərindən- Göygöl, Tovuz, Gədəbəy rayonlarından müsabiqəyə qatılan yeniyetmə saz- söz ifaçıları, vətənpərvərlik, qəhrəmanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən ifalarla böyük saz ustadlarının, o cümlədən də aşıq Şəmşirin müqəddəs ruhu qarşısında öz sənətlərini nümayiş etdiriblər. Yekunda zəfər müjdəli saz-söz bayramı keçirilib. Tədbirdə Aşıqlar birliyinin sədri, YAP Kəlbəcər rayon təşkilatı və ustad aşıqlar iştirak ediblər.
- Baxış: 964

