Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Nizami Poeziya Teatrında torpaq çərşənbəsi ilə bağlı bayram şənliyi keçirilib. Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanan “Qədim Gəncə toyu” adlı meydan tamaşası nümayiş etdirilib. Kütləvi səhnələrlə yadda qalan tamaşada Azərbaycanda Novruzun çərşənbələrindən danışılıb, sonuncu olan torpaq çərşənbəsində xalq inancları nümayiş etdirilib. Torpaq çərşənbəsində bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Bayram şənliyində Ozan babanın, bahar qızının şənlik iştirakçılarına təbriki eləcə də kosa və keçəlin məzəli çıxışları nümayiş etdirilib. Yerli incəsənət ustalarının Novruza, bahara aid ifaları eləcə də rəqsləri alqışlarla qarşılanıb.
Yusif Cəfərov aktyor, tamaşanın quruluşçu rejissoru:Ozan babanın da sözündə var ki, hər il bahar gələndə xanlar xanı Bayandur xan toy eliyərdi və bütün oğuz elini, oğuz bəylərini həmin toya çağırardı. Bizdə çalışmışıq ki, bunu 3-5 dəqiqə içərisində göstərək. Ümumiyyətlə adətənənələrimizi yaşatmaq hər birimizin borcudur. Bizdə teatr olaraq əlimizdən gələni edirik ki, qədimdən gələn o adətənənələr unudulmasın.
- Baxış: 567