Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			10.03.2022 12:04		
		Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb
KepezTV Player
					  
					  					  				Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 10-da Türkiyəyə işgüzar səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşılayıblar.
- Baxış: 360

