• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1630
— 05.03.2022 12:18

5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

KepezTV Player

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncəmana əsasən 2005-ci ildə təsis edilib. İdman sahəsi ölkəmizin həyatında mühüm rola malikdir. Ona görə ki, Azərbaycanda kifayət qədər dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında, eləcə də bir sıra nüfuzlu yarışlarda uğur qazanan titullu idmançılar var. Gəncədə də bu yarışlarda nailiyyət əldə edərək ölkəmizin bayrağını dünyanın dörd bir tərəfində dalğalandıran idmançılar çoxluq təşkil edir. Onların və məşqçilərinin əməyi 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Gəncədə keçirilən tədbirdə xüsusi ilə qeyd edilib. Gəncəli idmançıların qazandığı uğurlardan, ölkəmizdəki olimpiya hərəkatından, Azərbaycanın dünya idmanında tutduğu aparıcı mövqedən bəhs olunub.Gəncədə inşa olunan yeni qurğuların idmanın inkişafına təkan verəcəyi bildirilib. Yekunda müxtəlif yarışlarda yer tutan idmançılar mükafatlandırılıblar.