KepezTV Player
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində idmançılarla görüş keçirilib. Tədbirdə müxtəlif idman növləri üzrə beynəlxalq və Respublika əhəmiyyətli yarışlarda uğurlu nəticələr əldə edənlər və onların məşqçiləri iştirak edib. Nailiyyət qazananların çıxışları təqdirəlayiq hal kimi qiymətləndirilərək onlara gələcək yarışlarda da bu uğurlarını davam etdirmələri arzulanıb. Görüşün sonunda muay-tay, uşu-sanda, karate, cüdo, boks və güləş yarışlarında yer tutan idmançılar idarə tərəfindən diplomla təltif edilib.
- Baxış: 519