Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında “Opel” markalı avtomobil idarə etməkdə şübhəli bilinən Seymur Cəfərov saxlanılaraq barəsində qanunamüvafiq tədbir görülüb.Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlərlə “VAZ” markalı avtomobil ilə toy karvanında təhlükəli manevrlərlə edən avtoxuliqanlıq edən Nağı Quliyevin də əməllərinə hüquqi qiymət verilib. Ötən həftə ərzində Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb. Belə ki, həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.
- Baxış: 838