KepezTV Player
AFFA-nın təşkilatçılığı ilə uşaq liqalarının Azərbaycan birinciliyinın regionlar üzrə zona mərhələsində 3-cü dövrənin növbəti oyunları keçirilib. Qərb regionunda Gəncə zonası üzrə yalnız Nizami yurdunun kollektivləri üz-üzə gəliblər. Göygöl Olimpiya İdman Kompleksində reallaşan qarşılaşmalarda 9, 10, 11, 12, 13 və 14 yaşlı futbolçulardan ibarət komandalar növbəti xallarını aktivlərinə əlavə etmək üçün meydanda olublar. Gələn həftənin sonunda keçiriləcək görüşlərlə 3-cü dövrəyə yekun vurulacaq və qruplarında yer tutan kollektivlər pley-off mərhələsinə yüksələcəklər. Mart ayında başa çatacaq bu turda isə finalçılar məlum olacaq.
- Baxış: 745