KepezTV Player
Müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bakıda keçiriləcək “Texnofest-2022” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
- Baxış: 233