KepezTV Player
Gəncədə böyük idman tikililəri ilə yanaşı, müxtəlif təyinatlı zallar da inşa olunaraq idmançıların ixtiyarına verilir. Bu istiqamətdə görülən işlər çərçivəsində Nizami yurdunda daha bir idman zalı açılıb. Lider idmançılar yetişdirməyi qarşısına hədəf qoyan trenajor zalının açılışında Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, deputat Müşfiq Cəfərov və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər bu cür zalların eyni zamanda bir neçə idman növünün – bodibildinq, armrestlinq və paurliftinqin inkişafında böyük rol oynadığını ifadə ediblər. Adıçəkilən idman növləri ilə yanaşı, digər növlərlə məşğul olan gənclər də bu zalda məşq edərək fiziki göstəricilərini yaxşılaşdıra bilərlər.
- Baxış: 658