• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 30.01.2022 20:33

"Şah" ikinci oldu

KepezTV Player

Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirinə yekun vurulub. Yarış çərçivəsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu görüşünə ABŞ-lı rəqibinə qarşı çıxıb.37 yaşlı qrossmeyster XIII turda Fabiano Karuana ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub. Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub. Yarışda 14 şahmatçı mübarizə aparıb.