KepezTV Player
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında karantin qaydalarına zidd olaraq yas mərasimi keçirildiyi müəyyən edilib. Polislər həmin obyektə baxış keçirərkən karantin qaydalarının kobud şəkildə pozulduğunu aşkar ediblər. Restoranı icarə əsasında işlədən Elməddin Əliyev və yas mərasimini təşkil edən Vasif Yəhyayev saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 8 sutka inzibati qaydada həbs edilib.
- Baxış: 1096