• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 06.01.2022 12:28

Özünü FHN-in polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib

KepezTV Player

Özünü Fövqəladə Hallar Nazirliyinin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli beynəlxalq axtarışa verilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rasim Əhmədli əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb. 2021-ci ilin noyabr ayından dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilib. Rasim Əhmədlinin yerinin müəyyən edilib saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Xatırladaq ki, Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınları zamanı FHN-in polkovniki Rasim Əhmədli rəhbərlik etdiyi heyətlə Marmarisə gələrək təbii fəlakətlə mübarizə aparıb. Mehmet Oktay həmin şəxslə yenidən görüşdüyünü yazıb. Bundan sonra məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, FHN-də Rasim Əhmədli adlı şəxs işləmir.