Şəmkir rayon Polis Şöbəsin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, rayon sakini əvvəllər məhkum olunmuş Elman Hüseynov rayonun Yeni Həyət kəndindəki evlərdən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 5575 manat nağd pul və ümumi dəyəri 4030 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Həmin şəxsin rayonun Çinarlı qəsəbəsində də anoloji cinayət törədərək fərdi yaşayış evindən 15000 manatlıq qızıl-zinət əşyaları oğurlaması da məlum olub. Davam etdirilən tədbirlərlə E. Hüseynovun Gəncə şəhərində daha 2 mənzildən oğurluq edərək vətəndaşlara məxsus qızıl-zinət əşyalarını qeyri-qanuni yolla ələ keçirməsi aşkar edilib.
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində mobil telefon oğurlamaqda şübhəli bilinən rayon sakini Tamam Təyyar saxlanılıb.Həmin şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqa gəlib, orada satıcının məşğul olmasından istifadə edərək bir ədəd qızıl boyunbağını oğurlaması müəyyən edilib.
- Baxış: 776