KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə şəhər ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Araşdırmalar zamanı naməlum şəxsin qeyri-qanuni yolla mağazaya daxil oaraq oradan ümumi dəyəri 700 manat olan tütün məmulatları və 110 manat nağd pulu oğurlaması məlum olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş Samux rayon sakini Məhəmməd Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 800