KepezTV Player
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının rayon sakinlərindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunmuş Şəhrizad Məmmədova saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs ümumlikdə 15 vətəndaşdan işlə təmin etmək və pensiya düzlətmək adı ilə 50 min manatdan çox nağd pul alaraq onlara qarşı dələduzluq edib.
- Baxış: 586