KepezTV Player
Gəncədə Nizami Gəncəvinin 880 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində dahi şairə həsr edilən fləşmob reallaşıb. Şəhərin mərkəzi meydanında 8800 gəncin iştirakı ilə şairin portreti yaradılıb. Mədəniyyət Nazirliyinin dəstəyi Gəncə Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə reallaşan aksiyanın məqsədi Nizami Gəncəvi irsini, fəlsəfəsini təbliğ etmək, onun yaradıcılığını gənclərə aşılamaqdır. İlin sonuna kimi Nizami Gəncəvi ili çərçivəsində silsilə təbirlər davam edəcək.
- Baxış: 482