Dövlət müəssisə və təşkilatlarında bu gündən qış mövsümünə keçilib. Qazanxanalar işə salınması ilə Gəncədəki təlim, tərbiyyə və tədris ocaqlarının isidilməsinə başlanılıb.
Gəncədəki 3 ali məktəbin hamısında qazanxanalar işə salınıb. Təhsil ocaqlarının bütün korpusları mərkəzləşmiş qaydada istiliklə təmin edilib. Səhər saatlarında auditoriyalara daxil olan müəllim və tələbələrin tədrisi normal şəkildə aparması üçün şərait daha da yaxşılaşdırılıb.
Gəncənin 45 orta məktəbində də mərkəzləşmiş istilik sistemi işə salınıb. Qış mövsümünə hazırlıqla bağlı olaraq qurğular, borular, avadanlıqların sazlığı yoxlanılıb, qaz xətlərində olan sızmaların qarşısı alınıb, qazanxanaların işləməsi təmin edilib. Məhz bu səbədən sinif otaqlarının isidilməsində problem yoxdur.
Gəncənin 46 məktəbəqədər təhsil müəssisələrində də analoji vəziyyət hökm sürür. Balacaların məşğələ keçdikləri otaqlar, dəhlizlər, yeməkxanaların istiliklə təminatında problem yoxdur. Qazanxanaların fasiləsiz fəaliyyətinə nəzarət edilir.
Nazirlər Kabinetinin qərarı ilə qış mövsümü noyabırın 15-də başlayır, aprelin 15-nə kimi davam edir. Hava şəraitindən asılı olaraq qış mövsümü uzadıla da bilir.
Elnur Vahidoğlu
- Baxış: 340