Ölkəmizdə həyata keçirilən yaşıllıq marafonu çərçivəsində bu gün Samuxda ekoloji aksiyası keçirilib. Rayonun Çobanabdallı kəndində xüsusi ayrılmış 1 ha əraziyə 1650 ədəd ağac tingi basırılıb. Əkin aparılan torpaq təmizlənərək çalalar qazılıb və tinglərin basdırılması üçün münbit şərait yaradılıb. Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən gerçəkləşdirilən yaşıllaşdırma tədbirləri çərçivəsində rayon ərazisinə yerli iqlim şəraitinə daha tez uyğunlaşan akasiya, pavloniya və göyrüş ağacları əklilib. Regional Mərkəz tərəfindən payız planına uyğun olaraq 50 ha ərazidə 90 min ağacın əkilməsi nəzərdə tutulub. Bununla paralel olaraq yeni meşə massivlərinin salınması istiqamətində də tədbirlər görülür. Bu gün Samux rayonunda gerçəkləşdirilən aksiya mərkəzin xidməti ərazi olan Şəmkir və Gədəbəydə də davam etdiriləcək. Samuxda "Gələcəyə nəfəs ol" şüarı ilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə yanaşı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri də iştirak ediblər.
- Baxış: 301