KepezTV Player
Azərbaycan Texnologiya Universitetində zəfər günü ilə əlaqədar tələbə və gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirilib. Qarabağda qazanılan qələbənin bütün dünyaya səs saldığı və müharibə nəticəsində düşmənin məhv edildiyi vurğulanıb. Tələbələr sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əllərindən gələni etdikləri söyləyiblər. Sonda Vətən müharibəsi zamanı erməni silahlılarının raket hücumu nəticəsində Gəncədə törədilən cinayətləri və tələbələrin şəhidlərin məzarlarını ziyarət etdikləri görüntüləri əks etdirən videoçarx izlənilib.
- Baxış: 320