KepezTV Player
Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində - Ömər aşırımında hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol mütəmadi olaraq qardan və buzdan təmizlənir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yolun təmizlənməsinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib. Duz-qum ehtiyatının saxlanılması məqsədi ilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-ambar tikilib, işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb.
- Baxış: 423