• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1782
— 04.11.2021 19:13

Qəsəbəyə yeni marşrut xətti açılıb

KepezTV Player

Gəncədə yeni marşurut xətti açılıb. Bu Məhsəti qəsəbəsində yaşayanların ictimai nəqliyyat sarıdan çətinliklərini aradan qaldıracaq.

Gəncənin Kəpəz rayonu ərazisində yerləşən Məhsəti qəsbəsinin yeni massiv adlanan hissəsində 2 minə yaxın sakin yaşayır. Sakinlər yayın istisində, qışın soyuğunda ən yaxın avtobus dayanacağına çatmaqdan ötrü bir neçə kilometr məsafəni qət etməli olurdular. Lakin qəsəbəyə hərəkət edən 10 nömrəli mikroavtobus xətti çətinlikləri arxada qoyub.

Sakinlərin rahatlığını təmin etmək üçün mikroavtobus 20 km-ə yaxın dairəvi hərəkət edəcək. Hərəkət cədvəlinə uyğun olaraq nəqliyyat vastələri arasında interval 15 dəqiqədir.

10 nömrəli yeni mikroavtobus səhər saat 7-dən axşam saat 20 kimi əhaliyə xidmət edir. Ümumilikdə isə gün ərazində  Gəncədə 32 istiqamət üzrə 256 avtobus və mikroavtobus xəttə buraxılır.

 

Elnur Vahidoğlu