• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 04.11.2021 19:25

Şəhidin xatirəsi anılıb

KepezTV Player

Gəncədə şəhid Vahid Qurbanovun anım günü keçirilib. 20 yaşlı qəhrəman vətən müharibəsində igidlik göstərən oğullarımızdan biri olub. Gəncədə anadan olan Vahid Qurbanov uşaqlıqdan vətənini, torpağını sevən bir oğul idi. Ermənilərin torpaqlarımızı işğal etməsi və soydaşlarımızı öz dədə-baba torpaqlarından didərgin salması onun ürəyini həmişə sızladib, göynədib. Məhz elə bunun üçün də vətən müharibəsi başlıyanda öndə gedən oğullarımızdan oldu. Döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurdu. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə əsil qəhrəmanlıq göstərdi. Ağır gedən döyüşlərin birində isə şəhadətə ucaldı. Vahid Qurbanov ölümündən sonra 4 medalla təltif edilib.