Paytaxtda Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir sıra əməliyyatlar keçiriblər. Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib, narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 48 nəfər saxlanılıb.
Əvvəlcə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Radik Mamedov və Anar Cəbiyev saxlanılıblar. Mamedovun üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqram 496 qram heroin, 99 qram tiryək və 19 qram metamfetamin, Cəbiyevdən isə 110 qram heroin götürülüb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.
Həyata keçirilən digər əməliyyat zamanı saxlanılan Rahid Zeynalovun üzərinə baxış zamanı heroin aşkar edilib. Ətrafında araşdırma aparılan zaman onun paytaxt ərazisində 15 evdən oğurluq etdiyi də məlum olub.
Daha bir əməliyyatla Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər – Mirdamət Ağayev, Rinat Bəbirov, Anar Əsgərov, Elmir Paşayev, Samir Bağırov, qohumu Vaqif Bağırov, Elnur Qurbanov, Nicat Hüseynov, Elçin Seyidov, Fuad Ruma, Rəşadət Nuriyev, Məcid Həsənov, Elçin Səfərov və Əhməd Əliyev tutulublar. Şəxsi axtarış və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkarlanıb.
Əmircan və Bülbülə qəsəbələrində isə narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan 15 nəfər saxlanılıb. Onlar paytaxt sakinləri Şəhriyar Zülfüqarzadə, Tural Şahmuradov, Nicat , Elvin və Qərib Məmmədovlar, Murad Babayev, Ruslan Hüseynli, Əmrah Osmanov, İslam Səlimov, Sübhan Mustafazadə, Əli Ağayev, Aslan İslamov, Röyal Məmmədli, Cavanşir Axundov və Kənan Sadıqovdur.
Suraxanı polisi növbəti əməliyyatları Yeni Günəşli, Qaraçuxur və digər ərazilərdə keçiriblər. Narkotik vasitə və psixotrop maddələlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 26 nəfər saxlanılıb. Orxan Quliyev, Elvin Məmmədov, Ramil Cəfərov, Elçin Babayev, İlyas Kazımov, Əhliman Babayev, Rafiq Quliyev, Rəşad Hacıyev, Bəxtiyar Alışov, Qərib Məmmədov, Eşqin Haqverdiyev, Yalçın Əliyev, Vüsal Kazımov, Rafiq Məmmədov, Elməddin Əsgərov və Fərman Axundov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.
Sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları çəkilən şəxslər istintaqa cəlb olunublar.
- Baxış: 849