Şəmkirdə strateji əhəmiyyətli su borusundan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Cinayətkarlar etdikləri əməllə dövlətə külli miqdarda ziyan vurublar.
Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə Şəmkirçay Su anbarı və Magistral Kanalların İstismarı idarəsindən məlumat daxil olaraq. İdarəyə məxsus, strateji əhəmiyyətli, yüksək təzyiqli boru kəmərlərinin dayaq yastıqları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.Müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalara başlayıblar. Keçirilən təxrə salınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, rayon sakinləri - Orxan Hüseynov, Vüqar Məmmədov, İbrahim Səfərov, Vüsal Məhərrəmov, Eşqin Aslanov və Elşən Məmmədov saxlanılıblar.
Dindirilmə zamanı saxlanılan şəxslər dəmir yastıqları oğurladıqlarını və metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Oğurluq faktı ilə bağlı Şəmkir RPŞ-də araşdırmalar davam edir.
- Baxış: 744