Baş Prokurorluq ötən gün saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 31 yaşlı Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə məlumat yayıb. Rayon prokurorluğunda araşdırmalarla zərərçəkmişin əri 36 yaşlı Vilayət Məmmədovun aralarında yaranan mübahisə zamanı Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, istintaq tədbirləri davam etdirilir.
- Baxış: 749