• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 18.10.2021 22:16

İdman İdarəsində Müstəqilliyin Bərpası Günü

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir təşkil edilib. Tədbirə idarə rəhbərləri, tarixçilər, Nizami yurdunda yerləşən universitet və kolleclərin tələbələri, həmçinin könüllülər qatılıblar. Natiqlər bu ildən ölkə başıçısının təklifi ilə Milli Məclisdə hüquqi aktlara söykənilərək 18 oktyabrın Müstəqilliiyin Bərpası Günü kimi qeyd olunacağını ifadə ediblər. Bu günün Azərbaycanın tarixində mühüm rol oynadığını söyləyən çıxışçılar 28 may tarixinin məhz müstəqillik günü kimi keçiriləcəyini təqdirəlayiq hal hesab ediblər. Tədbirin sonunda Müstəqilliyin Bərpası Günü ilə bağlı videoçarx nümayiş etdirilib.