• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 07.10.2021 19:53

“Zəfər yolçuları” adlı film təqdim edildi

KepezTV Player

Gəncədə şəhidlərin əziz xatirəsinə həsr olunan “Zəfər yolçuları” adlı qısametrajlı filmin təqdimatı baş tutub. Filmdə ermənilərin atdığı raket hücumları nəticəsində dağılan 29 saylı məktəbin ibtidai sinif şagirdləri  iştirak ediblər. Senari müəllifi həmin məktəbin ibtidai sinif müəllimi  Əminə Kazımlı, rejissoru Elçin Rəhimoğlu olan film şəhidlərin ruhuna ehtiram, xatirəsinə hörmət, haqq savaşımızda qəhrəmanlıq göstərənləri şagirdlərə daha yaxından tanıtmaq  məqsədilə çəkilib. Qısametrajlı filmin təqdimat mərasiminə şəhər rəsmiləri, təhsil şöbəsinin nümayəndələri, şəhid ailələri  və qazilər iştirak ediblər.