KepezTV Player
"Müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib".Bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev deyib.
Müntəzəm iş aparılmaqla indiyədək 2907 şəxsin, o cümlədən, həlak olaraq itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin tam müəyyən edilərək meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub. İtkin düşmüş digər 7 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir deyə Vəliyev bildirib.
- Baxış: 455