KepezTV Player
Gəncə Gənclər Evi və Fərəh ictimai birliyinin birgə təşkilatlığı ilə Vətən müharibəsi iştirakçılarına həsr olunan anım tədbiri təşkil edilib. Tədbirdə Gəncə ilə yanaşı Göygöl, Samux və Bərdədən olan qazilər, şəhidlərin ailə üzvləri də iştirak ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun tarix yazdığı döyüşlərdən və igidlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Anım tədbirində uşaq və yeniyetmələrlə birlikdə sağlamlıq imkanları məhdud olan şəxslər vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş etdirib, şeirlər səsləndiriblər. Eləcə də, musiqi alətlərində bacarıqlarını göstəriblər.
- Baxış: 297